AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
Far.Az xəbər saytı

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb


"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 000-ə yaxın sərnişin daşıyıb.

Bu barədə "Far.Az"a AZAL-dan bildirilib.

Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhatə edən bu şəbəkə üzrə həftədə ümumilikdə 47 reys yerinə yetirilir.

Qazaxıstan hazırda "Azərbaycan Hava Yolları"nın regionda ən geniş uçuş coğrafiyasına malik olduğu ölkədir: Almatı, Astana və Aktau gündəlik, Atırau həftədə dörd, Şımkent və Aktöbə isə həftədə üç dəfə uçuşlarla əhatə olunur - ölkə üzrə həftəlik ümumi rəqəm 31 reysə çatır. Altı şəhərə birbaşa hava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlər üçün çevik seçim yaradır. Özbəkistanda isə Daşkəndə gündəlik, Səmərqəndə həftədə iki dəfə həyata keçirilən reyslərlə həftəlik 9 uçuş təmin olunur, Qırğızıstanın paytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə isə hər biri həftədə 4 reyslə şəbəkəni tamamlayır.

"Mərkəzi Asiya marşrutları təkcə Bakıya səyahət edənlər üçün deyil, Bakı üzərindən digər beynəlxalq istiqamətlərə keçid edən sərnişinlər üçün də əhəmiyyətlidir. 2026-cı ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 734 nəfər olub, bu da Bakı hava qovşağının Mərkəzi Asiya ilə Avropa/digər istiqamətlər arasında körpü rolunu gücləndirir. Sərnişinlər azal.az saytı və ya mobil tətbiq vasitəsilə bilet alışı, baqaj və oturacaq seçimi kimi xidmətlərdən yararlana, AZAL Miles proqramı ilə mil toplaya bilirlər. Özbəkistanlı sərnişinlər üçün "Uzum Bank" əməkdaşlığı çərçivəsində "HUMO" və "Uzcard" kartları ilə ödəniş imkanı da mövcuddur", - səhmdar cəmiyyətin məlumatında qeyd olunub.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər