FHN-də "Sülh Aylığı" çərçivəsində tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqələr şöbəsi və FHN yanında İctimai Şura "Sülh Aylığı" çərçivəsində birgə tədbir keçirib.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan edilmiş "Sülh Aylığı" çərçivəsində təşkil olunub.
Tədbirdə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İradə Kərimova, Hüquq şöbəsinin Hüquqi təhlil və təminat sektorunun müdiri Elnar Məmmədov, FHN yanında İctimai şuranın sədri Fuad Hacızadə və şura üzvləri iştirak edib.
Tədbirdə Ombudsmanın təşəbbüsü ilə 21 avqust – 21 sentyabr tarixlərinin "Sülh Aylığı" elan olunduğu xatırlanaraq, bu kampaniya çərçivəsində sülh və təhlükəsizlik mədəniyyətinin, qarşılıqlı hörmət və həmrəylik dəyərlərinin təşviqinin mühüm əhəmiyyət daşıdığı bildirilib.
Qeyd edilib ki, sülh yalnız müharibə və qarşıdurmanın olmaması deyil, insanların təhlükəsiz və ləyaqətli həyat sürməsi, cəmiyyətin sabitlik və qarşılıqlı etimad şəraitində inkişafı, gələcəyə inamın möhkəmlənməsi və quruculuq naminə bütün potensialın səfərbər olunması üçün əsas şərtdir.
Tədbirdə, həmçinin sülhün, sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin edilməsindən ötrü fövqəladə hallarla bağlı davranış qaydaları üzrə maarifləndirmə işinin əhəmiyyəti vurğulanıb, əhalinin sözügedən məsələ ilə bağlı mütəmadi və düzgün məlumatlandırılmasına, təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













