ABŞ və Çin ticarət barışığının uzadılmasını müzakirə edəcək
Far.Az xəbər saytı

ABŞ və Çin ticarət barışığının uzadılmasını müzakirə edəcək


ABŞ və Çin müddəti noyabrın 10-da başa çatacaq ticarət barışığının uzadılması şərtləri barədə hələlik razılığa gəlməyib.

"Far.Az" xəbər verir ki, bunu ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir "Bloomberg Television"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton barışığın 3 aydan 6 ayadək uzadılmasını dəstəkləyə bilər.

"Biz bunu müzakirə etməyə davam edəcəyik. Hesab edirik ki, bu gün uzadılma olmayacaq, lakin hələ vaxtımız var. Buna görə də mən danışıqları davam etdirəcəyimizi gözləyirəm və düşünürəm ki, hər iki tərəf bunu istəyir", - Qrir bildirib.

O qeyd edib ki, ABŞ və Çin ticarət barışığının uzadılması şərtləri ilə bağlı hələlik fərqli fikirlərə malikdir.

Oxşar xəbərlər

Nərimanovda premium təmirli mənzillər 36 ayadək faizsiz, daxili kredit imkanı ilə satışda - "Kristal!"
Nərimanovda premium mənzillər - 36 ayadək daxili kredit ilə - "Kristal"
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər