Tramp Putinlə yenidən görüşəcəyini istisna etməyib
Far.Az xəbər saytı

Tramp Putinlə yenidən görüşəcəyini istisna etməyib


ABŞ lideri Donald Tramp tezliklə Rusiya Prezidenti Vladimir Putinlə yeni təkbətək görüş keçirə biləcəyini istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən əvvəl jurnalistlərə bildirib.

Bununla yanaşı, Tramp üç ölkənin liderlərinin qarşıdakı Mayami G20 sammiti çərçivəsində görüşə biləcəklərinə şübhə etdiyini bildirib.

"Bilirəm ki, o mənlə görüşəcək. Bizim artıq Alyaskada görüşümüz baş tutub. Düşünürəm ki, o, daha birinə də hazırdır. Mayami barədə isə əmin deyiləm", - ABŞ Prezidenti deyib.

"Böyük İyirmiliyin" sammiti dekabrın 14-15-də Mayami ətrafındakı Doralda keçiriləcək.

Oxşar xəbərlər

Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər