Azərbaycanlı pianoçu Serbiyada keçirilən konsert proqramında çıxış edib
Far.Az xəbər saytı

Azərbaycanlı pianoçu Serbiyada keçirilən konsert proqramında çıxış edib


Serbiyanın Belqrad şəhərində "Gənclər üçün gənclər!" ("Mladi za mlade") adlı ikitərəfli mədəni mübadilə proqramı çərçivəsində təşkil olunan konsert proqramında azərbaycanlı pianoçu Fatimə Əliyeva çıxış edib.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, Belqraddakı İtaliya Mədəniyyət İnstitutunda baş tutan "Duo Jeunesses Musicales" adlı konsert proqramında azərbaycanlı pianoçu ilə bərabər, Şimali Makedoniyadan olan viola ifaçısı Leona Kondratenko da dinləyicilərin qarşısına çıxıb

Konsertin proqramına Robert Şuman, York Boven, Arkancelo Korelli, Culio Kaççini və Manuel de Falyanın əsərləri daxil edilib.

Layihənin məqsədi gənc musiqiçilərin beynəlxalq səhnədə çıxış imkanlarını genişləndirmək, müxtəlif ölkələrdən olan gənc sənətçilər arasında yaradıcılıq əlaqələrini inkişaf etdirmək və mədəni mübadiləni təşviq etməkdir.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər