Qərbi Azərbaycan İcmasında Alban xristian irsinin araşdırılması üçün işçi qrupu yaradılıb
Qərbi Azərbaycan İcmasında (QAİ) indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə işçi qrupu yaradılıb.
QAİ-dən BAKU.WS-ə veirlən məlumata görə, qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla araşdırmaq məqsədilə yaradılıb.
"Azərbaycan elmi mühitində XVI–XIX əsrlər Alban katolikosluğu sənədlərinin tamamilə məhv olduğu fikri yayılıb. İtkilər şübhəsizdir, lakin bir sıra ölkələrin arxiv və əlyazma fondlarında həm Alban katolikoslarına, həm də dövrün dini-ictimai tarixinə dair çoxsaylı sənədlər, mənbələr saxlanılır, bir hissəsi isə artıq nəşr olunub. Bu materiallar müxtəlif fondlara səpələnib. Onların sistemli axtarışla aşkarlanıb vahid elmi bazada toplanması işçi qrupunun əsas missiyasıdır. Hazırda Qərbi Azərbaycan İcmasında bu mövzuda artıq yüzlərlə sənəd mövcuddur", - məlumatda vurğulanıb.
"2026-cı ilin sentyabrında xarici diplomatların Gəncəsər monastır kompleksinə səfəri mədəni irsin diplomatik gündəmə çıxdığını göstərdi. Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindəki çoxqatlı dini-mədəni irsi, o cümlədən Qafqaz Albaniyasının orta əsr abidələrini, deportasiya olunmuş azərbaycanlıların varisləri kimi, öz irsinin tərkib hissəsi hesab edir. Bu mövqeyi beynəlxalq elmi mühitdə yalnız mənbələrə söykənən faktlar və təkrar yoxlanıla bilən tədqiqatlar əsaslandıra bilər. Tədqiqat həm də deportasiya olunmuş əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının tarixi-mədəni əsaslarının sənədləşdirilməsinə xidmət edəcəkdir", - QAi-dən bildirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
QAİ-də indiki Ermənistan ərazisində Qafqaz Albaniyasının irsinin öyrənilməsi üzrə işçi qrupu yaradılıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
-
Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub













