Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Far.Az xəbər saytı

Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib


"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Far.Az"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı "Kristal Estetik" MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunması müəyyən olunub

Bundan əlavə, A.Musayevanın ali tibb təhsilinin olmadığı, habelə vətəndaşa tətbiq edilmiş prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda "Kristal Estetik" MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi, həmin Məcəllənin 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib

Məhkəmənin qərarları ilə "Kristal Estetik" MMC İXM-nin 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə 6 min manat, cəmiyyətin direktoru R.Əliyeva isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat məbləğində inzibati qaydada cərimə edilib.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər