500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağı həddən də az cəza verilib.
İş üzrə milyonçu qardaşlar kimi tanınan Bahadır və İkram Qasımovlar, onların əmisi oğlu Fərhad Quliyev, habelə Cavid Əzizov, Vəli Əliyev, Anar Əhmədov mühakimə olunublar.
Onlara cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq, habelə valyuta tənzimi qaydalarının pozulması maddələri ilə ittiham irəli sürülüb.
Səbinə Əliyevanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda verilmiş ittihamların kifayət qədər dəlil və sübutla təsdiqləndiyi qənaətinə gəlib. Lakin təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sankisya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq olunub.
Hökmə əsasən, ötən həftə ev dustaqlığına buraxılan Bahadır Qasımov azadlıqda qalıb. Onun həbsdə keçirdiyi 2 il 11 ay cəzası yetərli sayılıb. Qardaşı İkram Qasımova və əmisi oğlu Fərhad Quliyevə 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədova 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası verilib.
Digər güzəşt isə əksəriyyəti İkram Qasımovun özünə, ailə üzvlərinə və digər qohumlarına məxsus təqribən yüz milyonlarla manat dəyərində qiymətləndirilən əmlakla bağlı olub.
100-ə yaxın "Range Rover", "Bentley", "Mercedes", BMW, "Mitsubishi" və digər markalı minik və yük avtomobilləri, Bakıda və bölgələrdə yerləşən villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak üzərindəki həbs qərarı ləğv edilib.
Məlumat üçün bildirək ki, təxmini hesablama ilə sadalanan əmlakların ümumi bazar dəyərinin 500 milyon manata yaxın olduğu bildirilirdi.
Yalnız İkram Qasımovun Yasamaldakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi və bir neçə nəqliyyat vasitəsi müsadirə olunub. Müsadirə edilən əmlakın ümumi dəyəri 5-6 milyon manat təşkil edir.
Qeyd edək ki, Bahadır və İkram Qasımovlar xarici ölkələrdən Azərbaycana və əksinə qanunsuz pul köçürmələri həyata keçirməkdə ittiham olunublar. Yasamal rayonunda "Bahadırın bankı" kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğdən 2 milyon 500 min manatı xidmət haqqı kimi onlara qalıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Cəlilabadda açıq ərazi yanır
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb













