Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb
Far.Az xəbər saytı

Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb


Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu 19 sentyabr 2026-cı il tarixində Danimarka paytaxtı Kopenhagendə keçirilən NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Toplantısına qatılıb.

"Far.Az" Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) sentyabrın 20-də yaydığı məlumata istinadən xəbər verir ki, S. Bayraktaroğlu müxtəlif ölkələrdən olan həmkarları ilə görüşüb.

"Ordu generalı Selçuk Bayraktaroğlu toplantıda iştirak edən; Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR), ABŞ Baş Qərargah rəisinin müavini, Almaniya, Albaniya, Birləşmiş Krallıq, Fransa, Hollandiya, İsveç, İtaliya, Polşa və Yunanıstanın Baş Qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib", - məlumatda bildirilib.

Görüşlərdə ikitərəfli əlaqələr, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Selçuk Bayraktaroğlu Böyük Britaniya, İspaniya və italiyalı həmkarları ilə regional məsələləri müzakirə edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər