"Feyenoord"un müdafiəçisi Civayro Rid İngiltərə klublarının maraq dairəsinə düşüb
Far.Az xəbər saytı

"Feyenoord"un müdafiəçisi Civayro Rid İngiltərə klublarının maraq dairəsinə düşüb


"Feyenoord"un (Niderland) cinah müdafiəçisi Civayro Rid 3 İngiltərə klubunun maraq dairəsinə düşüb.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində "Arsenal", "Mançester Siti" və "Liverpul" maraqlıdır.

Adı çəkilən kollektivlərin hamısı müdafiəçi ilə hələ yayda maraqlanıblar və hazırda onun çıxışını izləyirlər. "Feyenoord" daha əvvəl oyunçunu 20 milyon avro qarşılığında "Roma" (İtaliya) və "Nottinqem Forest" (İngiltərə) klublarına satmaqdan imtina edib.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə bütün turnirlərdə 8 matça çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Dövlət Xidmətində yüksək vəzifəyə yeni TƏYİNAT
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər