"Qurumlar bu problemi bir-birinin üzərinə atır"
Far.Az xəbər saytı

"Qurumlar bu problemi bir-birinin üzərinə atır"


"Bakı, Gəncə və Sumqayıtda tikintinin nizamsız aparılması bir sıra böyük problemləri ortaya çıxarır".

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisdə keçirilən iclasda bildirib.

"Səs-küyə səbəb olan işləri ya gecə saatları, ya da həftə sonları həyata keçirirlər. Bu da insanların istirahət hüququnu pozur. İnsanların istirahət hüququ pozulanda da işdə verimli olmurlar. Artıq son 20 ildir dünyada şəhərlərin səs indikatoru üzrə işlər ciddi şəkildə araşdırılır. Amma bizdə bu problem araşdırılmır.

Qurumlar arasında da bu problemin aradan qaldırılması üzrə koordinasiya yoxdur. Hansından soruşursan, bir-birinin üzərinə atır. İstər Ekologiya Nazirliyi, istər Şəhərsalma və Arxitektura Komitəsi, icra hakimiyyətləri və bələdiyyə - hamısı məsələni bir-birinin üstünə atır", - deputat qeyd edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib
Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
MSK üzvlərinin səlahiyyət müddəti bitir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər