Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib
Far.Az xəbər saytı

Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib


Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib.

"Far.Az" xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Açılış mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, GİKM-in baş direktoru Azər Əliyev və Milli Süni İntellekt Mərkəzinin baş məhsul sahibi İbrahim Süleymanov çıxış edərək süni intellektin inkişaf perspektivləri və bu sahədə gənclər üçün yaradılan imkanlardan danışıblar.

Forum çərçivəsində "Gənclərin karyera inkişafında süni intellektin rolu: imkanlar və çağırışlar" mövzusunda panel sessiyası da keçirilib. Müzakirələrdə müxtəlif qurumların nümayəndələri süni intellektin əmək bazarına təsiri, innovasiya trendləri və karyera imkanları barədə fikirlərini bölüşüblər.

Tədbirdə həmçinin Milli Süni İntellekt Mərkəzinin mühəndisi Murad Bağırlının təqdimatı dinlənilib. Təqdimatda gənclər üçün süni intellekt savadlılığının əsas istiqamətləri barədə məlumat verilib.

Forum çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış "Karyera quruculuğunda süni intellekt bələdçisi" adlı yeni nəşrin təqdimatı da keçirilib.

Qeyd olunub ki, son illərdə Bakı və regionlarda təşkil edilən süni intellekt forumları, təlimlər və maarifləndirici tədbirlər gənclərin bu sahədə bilik və bacarıqlarının inkişafına töhfə verir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər