Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib.
"Report" xəbər verir ki, çimərlik mövsümünün bitməsilə əlaqədar IDEA tərəfindən "Sahillər təmiz qalsın!" şüarı altında Ümumdünya Təmizlik Günü (World Cleanup Day) çərçivəsində təşkil olunan aksiyada 150-dən çox könüllü iştirak edib.
Aksiya zamanı sahilyanı ərazilərdən 2 tondan çox tullantı toplanıb. Zəruri sanitar ləvazimatlarla təmin olunmuş könüllülər tərəfindən toplanan tullantılar "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi dəniz sahillərinin təmiz saxlanılmasını təşviq etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasına diqqəti artırmaq və ictimaiyyəti dəniz və sahilyanı ekosistemlərin mühafizəsinə daha fəal cəlb etməkdir.
Qeyd edək ki, IDEA İctimai Birliyi Xəzər dənizinin bioresurslarının qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici və praktiki ekoloji təşəbbüslər həyata keçirir.
IDEA hər kəsi təbiətin mühafizəsinə məsuliyyətlə yanaşmağa, sahillərimizin təmizliyini qorumağa və gələcək nəsillər üçün daha sağlam, təmiz və dayanıqlı ətraf mühitin formalaşdırılmasına töhfə verməyə çağırır.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb













