Tacikistan millisinin baş məşqçisi İqor Angelovski: "Azərbaycanla yoldaşlıq görüşü maraqlı olacaq"
Far.Az xəbər saytı

Tacikistan millisinin baş məşqçisi İqor Angelovski: "Azərbaycanla yoldaşlıq görüşü maraqlı olacaq"


Azərbaycanla yoldaşlıq görüşü maraqlı olacaq.

"Report" xəbər verir ki, bunu Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı şimali makedoniyalı mütəxəssis qələbə qazanmağa kökləndiklərini söyləyib:

"Bakıda olmaqdan dolayı çox məmnunam. Ev sahibi komanda bizə hər cür şərait yaradıb. Sabah bizi Azərbaycanla maraqlı qarşılaşma gözləyir".

O, bütün rəqiblərə hörmətlə yanaşdıqlarını vurğulayıb:

"Qarşıda bizi Azərbaycandan başqa, Çin və Fələstinlə də oyunlar gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Azərbaycan yaxşı komandadır. Sizin yığma Millətlər Liqasında D qrupunda olmağa layiq deyil".

İ.Angelovski nəticəyə önəm verdiklərini bildirib:

"Yoldaşlıq görüşü olsa da, nəticəni önəmli hesab edirik. Çalışacağıq ki, Tacikistan millisinin azarkeşlərini sevindirək. "Turan Tovuz"un qapıçısı Oleq Baklovun sabahkı görüşdə meydana çıxıb-çıxmayacağını isə indidən deyə bilmərəm".

Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər