Yaponiyada torpaq sürüşmələri nəticəsində ölənlərin sayı altıya çatıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Yaponiyada torpaq sürüşmələri nəticəsində ölənlərin sayı altıya çatıb - YENİLƏNİB-2


Yaponiyanın Tiba və Kanaqava prefekturalarında qasırğanın səbəb olduğu silsilə torpaq sürüşmələri nəticəsində ölənlərin sayı altıya çatıb.

Bu barədə "Far.Az" "Kyodo"ya istinadən xəbər verir.

Bildirilib ki, altı nəfər isə nəfər hələ də itkin düşmüş hesab olunur. Onların axtarışı davam etdirirlir.

Yaponiyanın Tiba və Kanaqava prefekturalarında silsilə torpaq sürüşmələri nəticəsində ölənlərin sayı dördə çatıb.

"Far.Az" "Kyodo"ya istinadən xəbər verir ki, daha altı nəfər itkin düşüb, onların axtarışı aparılır.

Tiba prefekturasının Sakura şəhərində çay məcrasından çıxıb, nəticədə yaşayış massivlərinin geniş ərazilərini su basıb. Eyni zamanda avtomobillər su altında qalıb.

Sentyabrın 22-si Tiba prefekturasında 58 mindən çox ev müvəqqəti olaraq işıqsız qalıb. Günün ikinci yarısında 40 mindən çox evdə elektrik enerjisi təchizatında fasilələr olub.

İctimai nəqliyyatın işində də fasilələr davam edir.

Yaponiyanın Honşu adasının Sakit okean sahilləri boyunca keçən "Dujuan" qasırğası nəticəsində üç nəfər ölüb, daha iki nəfər isə itkin düşüb.

"Far.Az" Kanaqava və Tiba prefekturalarının polisinə istinadən xəbər verir ki, leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində üç nəfər ölüb.

Məlumata görə, hava şəraitinin yaxşılaşmasına baxmayaraq, Tokio ərazisində bir çox dəmir yolu xətlərində hərəkət hələ də dayandırılıb. Mütəxəssislər yolların və avadanlıqların vəziyyətini yoxlayır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər