Azərbaycan və Gürcüstan aqrar əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov ilə Gürcüstanın Quriya bölgəsi üzrə dövlət nümayəndəsi Giorgi Qurdjumelidze arasında görüş keçirilib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, görüş sentyabrın 22-də Quriya bölgəsinin inzibati mərkəzi Ozurqetidə dövlət nümayəndəliyinin inzibati binasında baş tutub.
Görüşdə Azərbaycan-Gürcüstan münasibətləri, regionlararası əməkdaşlığın genişləndirilməsi, aqrar sahədə əlaqələrin inkişafı və qarşılıqlı investisiya imkanları müzakirə olunub.
Tərəflər Quriya bölgəsinin, xüsusilə fındıqçılıq sahəsində potensialını qeyd ediblər. Azərbaycanlı sahibkarların regiona investisiya yatırması, həmçinin iki ölkənin iş adamları arasında "Aqro Biznes Forumları"nın keçirilməsi imkanları müzakirə olunub.
Görüş zamanı regional əməkdaşlığın daha da inkişaf etdirilməsi və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qadın sahibkarlar üçün "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi bu il də davam etdirilir
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Bakı-Ələt-Astara magistral yolunda yanğın olub
-
Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-2
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ













