Tramp: Heç vaxt İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm
ABŞ Prezidenti Donald Tramp heç vaxt İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib.
"Report" xəbər verir ki, o bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.
Trampın sözlərinə görə, o vəzifəyə gəldikdən sonra dərhal İranla danışıqlara başlayıb və nüvə proqramının, həmçinin terrorizmə dəstəyin dayandırılması müqabilində ona tam iqtisadi əməkdaşlıq təklif edib. Onun sözlərinə görə, Tehran bu təklifdən imtina edib.
"Amma onlar imtina etdilər. Qəti şəkildə imtina etdilər. Bu, böyük bir səhv idi", - ABŞ lideri qeyd edib.
Tramp vurğulayıb ki, bundan sonra ABŞ "Gecəyarısı çəkici" əməliyyatını həyata keçirib, bunun nəticəsində isə ABŞ hərbçiləri İranın nüvə proqramını məhv ediblər.
"Mən yenidən İranı razılaşma bağlamağa çağırdım. Onlar yenə də imtina etdilər", - o deyib.
Tramp bildirib ki, İran adi ballistik raket proqramının arxasında gizlənərək nüvə silahının hazırlanmasını başa çatdırmağa çalışıb.
"Əgər buna nail olsaydılar, onlar terror və ölümü əbədi olaraq yaymaq imkanı əldə edəcəkdilər. Çünki biləcəkdilər ki, onları dayandırmaq üçün istənilən cəhd nüvə silahından istifadə etməklə məhv edilmə təhlükəsi ilə üzləşəcək", - ABŞ Prezidenti deyib.
O həmçinin qeyd edib ki, İrana razılaşma bağlamaq üçün bütün imkanlar verildikdən sonra ABŞ belə bir ssenarinin təkrarlanmasına yol verməmək üçün tədbirlər görüb.
"Məni maraqlandıran yeganə məsələ odur ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır", - Tramp vurğulayıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur













