Ərdoğan Endi Börnhemlə Qəzzada və Ukraynadakı vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşüb.
"Report" Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Böyük Britaniya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Böyük Britaniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini bildirib. O, xüsusilə müdafiə sənayesi və ticarət sahələrində atılacaq addımlarla əməkdaşlığın daha da genişləndiriləcəyinə inandığını qeyd edib.
Türkiyə Prezidenti İsrailin Qəzza və İordan çayının qərb sahilində sülh istəmədiyini dəfələrlə öz addımları ilə göstərdiyini bildirib. O, beynəlxalq ictimaiyyətin təzyiqinin əhəmiyyətini vurğulayıb.
Ərdoğan İran və Ukraynada gərginliyin artdığını qeyd edib. Onun sözlərinə görə, Hörmüz məsələsi ilə bağlı razılığın əldə olunması danışıqlar prosesinin yenidən başlamasına imkan yarada bilər.
Ukraynadakı vəziyyətə də toxunan Ərdoğan bu istiqamətdə irəliləyişin olmadığını bildirib, Qara dənizdə Türkiyəyə məxsus və ya xarici ticarət gəmilərinin hədəfə alınmasının vəziyyəti daha da mürəkkəbləşdirdiyini qeyd edib.
Ərdoğan görüş zamanı Kipr türklərinin adadakı suveren bərabərliyinin və beynəlxalq statusunun tanınmadığı heç bir formulun nəticə verməyəcəyini də bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













