Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir
Far.Az xəbər saytı

Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.

Far.Az xəbər verir ki, nazir çıxışında Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb.

C.Bayramov həmçinin, İƏT və onun Cammu və Kəşmir üzrə Kontakt Qrupunun məsələyə dair davamlı və fəal mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, daha geniş beynəlxalq ictimaiyyətin də məsələnin beynəlxalq gündəmdə saxlanılmasına töhfə verməsinin vacibliyini qeyd edib.

Cammu və Kəşmir məsələsinin tezliklə ədalətli və sülh yolu ilə həllinin Cənubi Asiyada uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

Nazir Azərbaycanın regionda atəşkəs rejiminin qorunub saxlanılmasının Hindistan ilə Pakistan arasında münasibətlərin normallaşdırılması yolu ilə regional sülh və sabitliyə zəmin yaradacağına ümid etdiyini bildirib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər