Minillikləri özündə toplayan qədim yaşayış məskəni
Baku TV-nin "Gör nələri qaytarmışıq" verilişinin yeni buraxılışı Ağdamda yerləşən və əsrlər boyu insanları özünə çəkən Şahbulaq qalasına həsr olunub.
XVIII əsrə aid Şahbulaq qalası Qarabağ xanlığından bizə gəlib çatan ən mühüm memarlıq nümunələrindən biridir.
Pənahəli xan Bayat qalasından sonra bol suyu, sıldırım yüksəklikləri və təbii müdafiə imkanları olan Şahbulağı seçərək burada təkcə qala deyil, məscid, hamam, bazar və yaşayış kompleksindən ibarət kiçik bir şəhər formalaşdırmışdı. Lakin Şahbulağın tarixi 1751-1752-ci illərlə başlamır, Pənahəli xanın dövrü bu məkanın keçmişində, sadəcə, yeni bir səhifə idi.
Şahbulaq arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev qeyd edib ki, işğal dövründə ermənilərin saxtalaşdırma məqsədli qanunsuz qazıntılarına məruz qalan bu ərazidə 2024-cü ildən etibarən ekspedisiya tərəfindən tədqiqatlara başlanılıb. Torpağın altından çıxan hər yeni tapıntı göstərir ki, burada eradan əvvəl II əsrdən başlayaraq ardıcıl həyat olub.
Vurğulanıb ki, tarix burada bir-birini silmədən ardıcıl davam edib. Şahbulağın sirri yalnız XVIII əsrin qala divarları ilə məhdudlaşmır, o, minillikləri qat-qat özündə toplayan qədim yaşayış məskənidir.
Maraqlıdır, alban çarı III Mömin Vaçaqanın böyük kilsə məclisi keçirdiyi məşhur Aquen şəhəri elə Şahbulaq ərazisidirmi? Qalanın yanındakı böyük kilsə qalıqları bu tarixi gerçəkliyi sübut edirmi?
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2













