Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23 - 27 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar.
İxtisas seçimi 27 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 11-ci buraxılışında dərc olunub.
Oxşar xəbərlər
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər
DİM: 57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Plan yerləri ən çox III ixtisas qrupunda dolub - STATİSTİKA
DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













