Azərbaycanın U-17 millisinin baş məşqçisi: "Hər oyunda qələbəyə köklənəcəyik"
Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və üç görüşdə qələbəyə köklənəcəyik. Belə turnirdə qazanılacaq hər xal önəmlidir.
"Far.Az" xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı danışan mütəxəssis noyabrın 4-dən 8-dək Qəbələdə təlim-məşq toplanışı keçdiklərini bildirib:
"Həm daxili çempionatda çıxış edən, həm də ölkə xaricində oynayan uşaqlar yaxşı formadadırlar. Hazırda bütün diqqətimizi Macarıstan yığmasına qarşı keçirəcəyimiz ilk oyuna kökləmişik. Bu matçın üzərində ətraflı təhlil aparmışıq. Macarıstan yığması püşkatma zamanı A səbətindən çıxıb, güclü komandadır. Buna baxmayaraq, komanda olaraq ilk oyunda uğurlu nəticə əldə etmək istəyirik”.
Baş məşqçi hər oyuna qələbə qazanmaq üçün çıxacaqlarını söyləyib:
“Yunanıstan və Rumıniya komandalarını da təhlil etmişik. Buradakı matçlarını canlı izləməyə və futbolçuları buna uyğun məlumatlandırmağa çalışacağıq. Məqsədimiz maksimum dərəcədə yaxşı çıxış etmək olacaq və hər üç görüşdə qələbəyə köklənəcəyik. Belə turnirdə qazanılacaq hər xal önəmlidir”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda yer alan U-17 noyabrın 13-də Macarıstan, 16-da Yunanıstan və 19-da Rumıniya yığmaları ilə qarşılaşacaq. Qrupun bütün oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi”
Samir Əliyev: “U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim” - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













