"2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2026-cı il "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət edib.
BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:
"Sabah başlayacaq "2026 Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.
Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur".
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Şəhərkənarı" ərazilərdə yaşayanlara ŞAD XƏBƏR
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













