Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb
Far.Az xəbər saytı

Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb


Həmvətənimiz Oruc İbrahimov peşəkar uğurları və fəaliyyətinə görə ABŞ-nin xüsusi istedada malik şəxslər üçün nəzərdə tutulan "EB1 - Extraordinary Ability" (ictimaiyyət arasında "Eynşteyn vizası") vizasını əldə edib.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarında ən üst kateqoriya viza hesab olunur və öz sahəsində ən yüksək peşəkarlıq, beynəlxalq tanınma qazanmış mütəxəssislərə ABŞ-də daimi yaşamaq və fəaliyyət göstərmək hüququ verir.

Karyerası ərzində Azərbaycanda bir sıra özəl şirkətlərdə müşavir və departament rəhbəri kimi çalışan, həmçinin yerli və xarici şirkətlərə konsultasiya xidmətləri göstərən O.İbrahimov fəaliyyətini ABŞ-də davam etdirir.

O, hazırda müharibədən zərər çəkmiş insanlara dəstək göstərmək və onların ehtiyaclarını qarşılamaq məqsədilə sosialyönümlü rəqəmsal platforma (startup) üzərində işləyir.

Qeyd edək ki, Oruc İbrahimov Birinci Qarabağ müharibəsində Daşaltı əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuş Cavanşir İbrahimovun oğludur. O, fəaliyyəti ilə həm ölkəsini xaricdə təmsil etməyi, həm də sosial layihəsi vasitəsilə müharibədən əziyyət çəkən şəxslərə fayda verməyi hədəfləyir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər