"Vətən daşı"nın quruluşçu rejissoru: "Çox uğurlu layihə olacaq"
"Filmimiz antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi, polkovnik-leytenant Əkrəm Şadmanovun və onun ailəsinin həyat hekayəsindən bəhs edir".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında şəhid Əkrəm Şadmanovun xatirəsinə həsr olunan "Vətən Daşı" filminin quruluşçu rejissoru Niyam Şirinov sözügedən filmin təqdimat mərasimində deyib.
O bildirib ki, film Kəlbəcərdə lentə alınıb:
"Ötən il Xocalı ilə bağlı filmimiz təqdim olundu. Bu il isə Vətən müharibəsi və antiterror tədbirləri dövrü ilə bağlı şəhid Əkrəm Şadmanovun və onun ailəsinin həyat yolundan bəhs edən filmi lentə aldıq. Əkrəm Şadmanovun üç qardaşı var. Qardaşlarından biri hərbi sahədə xidmətini davam etdirir, digəri azad olunmuş ərazilərdə tikinti sahəsində, üçüncü qardaşı isə İstisuda işləyir. Düşünürəm ki, filmimiz qısa müddətdə çəkilməsinə baxmayaraq, çox uğurlu bir layihə olacaq".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













