Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Far.Az xəbər saytı

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Malinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop ilə görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan-Mali münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Nazirlər Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin Azərbaycanın Afrika ölkələri və Afrika İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə sadiqliyi diqqətə çatdırılıb.

Geniş fikir mübadiləsindən sonra Ceyhun Bayramov və Abdoulaye Diop Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Mali Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumunu imzalayıblar.

Sənəd iki ölkə arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, eləcə də davamlı və müntəzəm siyasi dialoqun təmin edilməsinə xidmət edəcək.

Oxşar xəbərlər

Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər