"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"
Yuri Maksimov "Araz-Naxçıvan"ın futbolçularının bir qismini tanıyır.
"Far.Az" xəbər verir ki, ukraynalı mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlama verib.
Mütəxəssis Azərbaycandakı fəaliyyətini xatırlayıb:
"Azərbaycanda ilk dəfə işləmirəm. Burada əvvəllər də işlədiyimə görə, mentaliteti bilirəm, futbolçuların bir qismini tanıyıram. Bakıda kifayət qədər dostlarım da var".
O, ölkə çempionatının səviyyəsini dəyərləndirib:
"Premyer Liqanın maraqlı keçdiyini deyə bilərəm. Bunun nəticəsidir ki, Azərbaycanın UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçisi var".
Y.Maksimov komandanın heyətinə bələd olduğunu bildirib:
"Araz-Naxçıvan"ın "İmişli" ilə oyunu istisna olmaqla qalan matçlarını izləmişəm. Komanda, heyətlə bağlı ümumi məlumatım var. Harada axsadığımızı, harada üstünlük qazana biləcəyimizi bilirəm. İşləmək lazımdır. Sabah kollektivlə ilk məşqə çıxacağıq. Bilirəm ki, 4 futbolçumuz milli komandaların düşərgəsinə yollandığına görə bizə sonra qoşulacaqlar".
Baş məşqçi əsas məqsədi açıqlayıb:
"İndiki məqamda ilk tapşırığımız turnir cədvəlinin sonuncu pilləsindən üst sıralara yüksəlməkdir. Komanda özünə inanmalıdır. Mümkün qədər üst sıralara qalxmalıyıq. İndi bizim üçün çox həssas məqamdır. Yenə deyirəm, asan olmayacaq. Çünki çempionat çox rəqabətli keçir, komandalar güclüdürlər və hər birinin müəyyən məqsədi var".
Qeyd edək ki, "Araz-Naxçıvan" Yuri Maksimovla 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Oxşar xəbərlər
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Bakının hansı küçələrində tıxac var?
-
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir
-
AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqnozunu bir qədər artırıb













