Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
Far.Az xəbər saytı

Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib


Misli Premyer Liqasının VI turunun "Sabah"la oyununda hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alan "İmişli"nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalanıb, klubu isə 10 000 manat cərimə olunub.

"Far.Az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sentyabrın 19-da keçirilən "Sabah" – "İmişli" matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" klubu daha 700 manat cərimə edilib.

Həmin gün baş tutan "Turan Tovuz" – "Zirə" qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan "Zirə" komandası da 700 manat cəriməyə məruz qalıb.

Sentyabrın 20-də reallaşan "Şamaxı" – "Araz-Naxçıvan" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün həm "Şamaxı", həm də "Araz-Naxçıvan" klubları 700 manat cərimələnib.

"Kəpəz" – "Sumqayıt" görüşündə 5 futbolçusu sarı vərəqə alan "Sumqayıt" komandası da eyni məbləğdə cərimə olunub.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər