BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri COP29-un təşkilindən razı qaldıqlarını bildirib
BMT əməkdaşları noyabrın 11-də Bakıda öz işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilindən razıdırlar.
Bunu "Far.Az"a açıqlamasında BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov deyib.
Onun sözlərinə görə, bütün ölkə ictimaiyyəti səfərbər olub ölkənin qüruru kimi qəbul edərək COP29-un təşkilində birbaşa və ya dolayı yolla iştirak etmək istəyir:
"Təşkilatçılar o qədər məsuliyyətlidirlər ki, özlərinə belə tənqidi yanaşırlar. Bütün addımları daha yaxşı ata biləcəklərini qeyd edirlər. Biz iştirakçı kimi bütün məsələlərdən razılıq görmüşük. Tədbirin bizə aid olan hissəsində 200-ə yaxın qonaq var. BMT-nin müxtəlif ofislərindən olan qonaqlarımız da tədbirdən razılıq edirlər. Həm rəsmi, həm də qeyri-rəsmi müzakirələrimiz zamanı həmkarlarımın da təşkilatçılıqdan tam razı olduğunu əminliklə deyə bilərəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













