Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub
Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 2147 nəfər məşğulluq tədbirlərinə cəlb edilib.
"Far.Az"un Cəbrayıla ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən rayona təşkil edilmiş mediatur çərçivəsində bildirilib.
Qeyd olunub ki, proqram çərçivəsində verilmiş aktivlər hesabına rayon sakinləri Ətrabə Mirkişiyeva üçün un məmulatlarının istehsalı, Elburus Cəfərli üçün kişi bərbərxanası, İlham Həmidov üçün qəssab dükanı, Bayram Əliyev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri zərfləri üzrə kiçik ailə təsərrüfatları qurulub.
Məlumat verilib ki, Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 93 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.
Bildirilib ki, bu günə qədər işğaldan azad edilmiş ərazilərdə keçirilən tədbirlər çərçivəsində 12 minə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 1051 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Yuxuların gerçəkləşdiyi gün yetişdi: Növbəti köç karvanları Xocavənd, Şuşa və Cəbrayıla çatıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













