Azərbaycan FAO ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədov və FAO-nun baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşündə baş tutub.
Görüş zamanı ölkəmizdə aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına yeni dəstək mexanizmləri, "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb, FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.
Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, həyata keçirilən layihələrin ölkəmizin aqrar sektorunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













