Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ
Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən orta məktəbdə valideynlərdən pul yığıldığı iddia edilib.
Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
İddia olunub ki, 259 nömrəli tam orta ümumtəhsil məktəbinin "3ç" sinfinin valideyn komitəsinin sədri valideynlər qrupuna bank kartının nömrəsini göndərərək onlardan 30 manat pul yığılmasını istəyib.
Oxu.Az-ın sorğusuna cavab olaraq 259 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, məktəbin "3ç" sinfinin valideynləri tərəfindən vəsait toplanması ilə bağlı sosial şəbəkədə yayılan səs yazısı araşdırılıb.
"Araşdırma zamanı valideynlərlə müvafiq söhbət aparılıb. Araşdırma zəminində valideynlərin təşəbbüsü ilə vəsait toplanması faktı aşkarlanıb. Bununla bağlı sinif rəhbərinə də xəbərdarlıq olunub. Bu kimi təşəbbüslərin yolverilməz olduğu valideynlərin diqqətinə bir daha çatdırılıb. Həmçinin məktəbdaxili intizam qaydalarına riayət olunmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













