Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub - YENİLƏNİB-2


Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub.

"Report"un məlumatına görə, sprint yarışının sonunda xaos yaşanıb.

Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 26-da başa çatacaq.

"Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

"Report"un məlumatına görə, "İnvicta Racing"in pilotu Coşua Durksenin idarə etdiyi bolid baryerə çırpılıb.

Təhlükəsizlik avtomobili trasa girib.

Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.

"Report"un məlumatına görə, hadisə yarışın startında qeydə alınıb.

İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.

Nəticədə sarı bayraq qaldırılıb. M. Boya yarışda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.

Oxşar xəbərlər

F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər