Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Far.Az xəbər saytı

Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı


Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.

İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.

Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.

Xatırladaq ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib.

Oxşar xəbərlər

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər