Gündüz İsmayılov: Dinin siyasiləşdirilməsi bütün dünyada müşahidə olunan tendensiyadır
Far.Az xəbər saytı

Gündüz İsmayılov: Dinin siyasiləşdirilməsi bütün dünyada müşahidə olunan tendensiyadır


Dinin siyasiləşdirilməsi bütün dünyada müşahidə edilən qəbuledilməz tendensiyadır.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Biləsuvarda təşkil olunan "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dindarlarının əksəriyyəti bütün dövrlərdə dinin siyasiləşdirilməsinə qarşı olublar:

"Qeyd edim ki, regional konfransların təşkili zamanı konkret bölgələrdəki dini vəziyyət nəzərə alınır, mövzu və iştirakçılar buna uyğun olaraq seçilir. Bəzən dini durumla bağlı problemlər, çətinliklər dedikdə, ağla gələn ilk məfhum dini radikalizm olur. Bu çərçivədə dinin siyasiləşdirilməsi məsələsinə də xüsusi diqqət yetirmək istəyirik. Ümumiyyətlə, dinin siyasiləşdirilməsi tək Azərbaycanda yox, bütün dünyada müşahidə olunan qəbuledilməz tendensiyadır.

Azərbaycanda bütün dövrlərdə dindarlarımızın mütləq əksəriyyəti dinin siyasiləşdirilməsinə qarşı olublar. Çünki ölkəmizdə din dövlətdən ayrıdır, eyni zamanda, Azərbaycan xalqı öz dini-mənəvi təfəkküründən, həyat tərzindən irəli gələrək dini mənəviyyat kimi qəbul edir və onun siyasiləşməsinin əleyhinədir. Bu formatda keçirdiyimiz regional konfransların nəticələri onu göstərir ki, belə tədbirlər dini vəziyyətə müsbət təsir edir".

Oxşar xəbərlər

Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər