"Apollo": Mərkəzi Asiya xammalının emalı Azərbaycana 15 milyard dollar qazandıra bilər
Mərkəzi Asiya ölkələrindən gətirilən xammalın emalı üçün infrastrukturun yaradılması Azərbaycanın ÜDM-nə ildə 15 milyard ABŞ dollarınadək töhfə verə bilər.
"Far.Az" xəbər verir ki, bunu "Apollo" şirkətinin kreditləşdirmə və əsas strukturlaşdırılmış maliyyələşdirmə üzrə idarəedici direktoru Conatan Bar (Jonathan Bar) II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
"Mərkəzi Asiya dövlətlərindən tədarük edilən xammal resurslarının emalı üçün infrastrukturun formalaşdırılması və inkişafı Azərbaycanın ÜDM-nin hər il 10 milyarddan 15 milyard ABŞ dollarınadək, bəlkə də daha çox artmasını təmin edə bilər", - C. Bar vurğulayıb.
O qeyd edib ki, dövlətin rolunun yalnız tranzit funksiyası və rüsumların yığılması ilə məhdudlaşması maksimum iqtisadi səmərəyə nail olmağa imkan verməyəcək: "Əgər Azərbaycan özünü yalnız bir tranzit dəhlizi kimi görərsə, o zaman bütün effekt tranzit ödənişləri ilə yekunlaşacaq. Bununla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkmənistandan gələn xammalın birbaşa Azərbaycan ərazisində - Bakıda və ya ətraf rayonlarda emalı və hazır məhsulun sonradan Qərb bazarlarına ixracı əhəmiyyətli əlavə dəyər formalaşdıracaq. Miqyasına və iqtisadiyyata transformativ təsirinə görə bunu 30 ilə əvvəl qaz yataqlarının işlənməsi ilə müqayisə etmək olar".
"Apollo" nümayəndəsi şirkətin bu cür infrastruktur təşəbbüslərində iştirakda və onların uzunmüddətli maliyyələşdirilməsində maraqlı olduğuna diqqət çəkib: "Kapitalımızın əsas hissəsi sığorta balansının vəsaitləri hesabına formalaşır, bununla əlaqədar olaraq biz mənfəətin sürətli fiksasiyası ilə qısamüddətli investisiyalara deyil, 20-30 illik üfüqə malik uzunmüddətli kapital qoyuluşlarına hədəflənmişik. Emal infrastrukturu bu strategiyaya tam cavab verir və bu cür layihələrin reallaşdırılmasına kömək etməyə hazırıq".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub













