Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi
Şantajla pul qazanmaq məqsədilə tələbələrin foto və videogörüntülərini montaj edib sosial şəbəkələrdə paylaşan gənc həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə İlkin Nəhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş (KMBİ) İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan İlkin Nəhmədov məhkəmədə əməlini etiraf edib. O, süni intellekt proqramları ilə montaj etdiyi şəkillərin silinməsi müqabilində tələbələrdən 20, 25 və 30 manat tələb etdiyini bildirib.
25 yaşlı təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunduğu məlum olub.
İstintaq orqanı İlkin Nəhmədova qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürüb. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Qeyd edək ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu kimi və digər kibercinayətlərin qarşısının alınması, onları törədən şəxslərin aşkarlanıb məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













