Elnur Məmmədov: "Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsinin tikintisi gələn il başa çatdırılacaq"
Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsində avtomobil yolunun 95 %-i və dəmir yolunun 75 %-i tikilib, işlər 2027-ci ilin birinci yarısında başa çatdırılacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, avtomobil yolunun 95 %-i və dəmir yolunun 75 %-i artıq tikilib və hər iki yolun gələn ilin birinci yarısında tamamlanması gözlənilir".
E. Məmmədov bildirib ki, hazırda Ermənistanda da mühəndislik işləri aparılır, ölkə ərazisində dəhlizin təxminən 42 km uzunluğunda olan hissəsinin tikintisinə isə 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır: "Zəngəzur dəhlizi Cənubi Qafqazın Trans-Xəzər şəbəkəsi ilə daha sıx əlaqəsini təmin etməklə regional iqtisadi inteqrasiya üçün mühüm platforma ola bilər. Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm halqasına çevriləcək və yüklərin çatdırılma vaxtını 3 həftədən 12-15 günə qədər azaldacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub













