SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək
Far.Az xəbər saytı

SOCAR beynəlxalq fəaliyyətinin genişləndirilməsi üçün "Brookfield" ilə əməkdaşlıq edəcək


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Brookfield Asset Management" şirkəti arasında enerji infrastrukturu, bərpa olunan enerji layihələri müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.

Bununla bağlı müzakirələr R. Nəcəfin şirkətin baş icraçı direktoru Konnor Teski və nümayəndə heyəti ilə keçirilən görüşündə aparılıb.

R. Nəcəfin sözlərinə görə, görüş zamanı yeni maliyyələşdirmə imkanları üzrə potensial əməkdaşlıq istiqamətlərini müzakirə edilib.

Eyni zamanda, SOCAR-ın korporativ strategiyası, eləcə də beynəlxalq fəaliyyətinin genişləndirilməsi üzrə prioritetlərimizi bölüşülüb: "Enerji sektorunda uzunmüddətli dəyərin yaradılması qlobal investisiya təcrübəsini, qabaqcıl texnologiyaları və yanaşmaları bir araya gətirən tərəfdaşlıqlar tələb edir. "Brookfield Asset Management" ilə potensial əməkdaşlığın SOCAR-ın strateji enerji və infrastruktur layihələrinin reallaşdırılması, eləcə də fəaliyyət coğrafiyasının genişləndirilməsi üçün yeni imkanlar yaradacağına inanıram".

Oxşar xəbərlər

İlham Əliyev Davosda "Brookfield Asset Management" şirkətinin prezidenti ilə görüşüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər