Azər Məmmədov Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
Far.Az xəbər saytı

Azər Məmmədov Xankəndidə vətəndaşların müraciətlərini dinləyib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xankəndi şəhərində vətəndaş qəbulu keçirib.

"Far.Az" "Azəriqaz"a istinadən xəbər verir ki, Birlik rəhbəri Xankəndi və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub. Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Xankəndidə Zəfər atəşfəşanlığı
Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər