Gülsüm Rzayeva: Türkiyə ADEX-də ən geniş təmsilçiliyə malik ölkə olacaq
Türkiyə ADEX və "Securex Caspian" sərgilərində ən geniş təmsilçiliyə malik ölkə olacaq.
"Report" xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və Securex Caspian 2026 – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, sərgilərdə stendlə təmsil olunacaq ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr yer alır.
Onun sözlərinə görə, bu il ABŞ-nin ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir:
"Northrop Grumman", "SIG SAUER", "Lockheed Martin", "Vantor" və "Ondas" kimi ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunacaq. Almaniyadan "Rheinmetall" və "Rohde & Schwarz", Böyük Britaniyadan isə "BAE Systems" və digər şirkətlər sərgidə ilk dəfə iştirak edəcəklər".
G.Rzayeva Türkiyənin bu sərgilərdə ən geniş təmsilçiliyə malik ölkə olacağını vurğulayıb:
"Sərgilərin ənənəvi beynəlxalq iştirakçıları arasında Türkiyədən "Roketsan", "Aselsan", "Baykar", "Turkish Aerospace Industries" (TAI) və "Havelsan", İtaliyadan "Leonardo", Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən "EDGE Group" və İspaniyadan "INDRA" kimi şirkətlər də yer alır".
Nazirlik rəsmisi qeyd edib ki, Türkiyənin "Roketsan" şirkəti ADEX-in baş sponsoru, ABŞ-ın "Northrop Grumman" şirkəti isə ölkə tərəfdaşı sponsorudur.
O, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistanın sərgilərdə milli pavilyonla təmsil olunacaqlarını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb













