Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB


Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi ABŞ Prezidenti Donald Trampın onu Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya dəvət etməsi ilə bağlı xəbərləri təkzib edib.

"Report"un xəbərinə görə, bu barədə "Financial Times"ın müxbiri Kristofer Miller Zelenskinin ofisindəki mənbələrə istinadən məlumat verib.

Məlumata görə, prezidentlər üçtərəfli danışıqların mümkünlüyünü müzakirə ediblər, lakin Tramp Zelenskinin Putinlə görüşmək üçün Moskvaya getməsini təklif etməyib.

Daha əvvəl "Bloomberg" mənbələrə istinadən xəbər verib ki, Tramp Zelenskini Putinlə danışıqlar üçün Moskvaya dəvət edib. Agentliyin məlumatına görə, Ukrayna lideri təklifi rədd edib.

ABŞ Prezidenti Donald Tramp yenə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, Tramp təklifi bu həftə irəli sürüb.

Qeyd edək ki, daha əvvəl Zelenski Trampın analoji təkliflərini dəfələrlə rədd edib.

Agentliyin mənbələrinin məlumatına görə, Zelenski bu təklifi də rədd edib. Onların sözlərinə görə, ABŞ Prezidentinin xahişi Ukrayna liderinin narazılığına səbəb olub.

Oxşar xəbərlər

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər