Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı
Far.Az xəbər saytı

Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı


Bakıda 11 yaşlı uşağı avtomobil vurub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Qəsəbə ərazisində VAZ-2107 markalı avtomobil qəfil yola çıxaraq hərəkətdə olan motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 2015-ci il təvəllüdlü R.Əsədov ağır bədən xəsarətləri alıb.

R.Əsədovun anası Şəfa Nəsibova bildirib ki, VAZ-2107-nin sürücüsü hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-2107 markalı avtomobilin sürücüsü T.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər