Levan Nikoleişvili: Azərbaycan-Ermənistan siyasi dialoqu Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər
Azərbaycanla Ermənistan arasında siyasi dialoqun davam etdirilməsi Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər.
Bunu "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında gürcüstanlı analitik və professor, Vahid Neytral Gürcüstan Partiyasının regional katibi Levan Nikoleişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşünü şərh edərkən deyib.
O xatırladıb ki, görüşdə tərəflər sülhün əhəmiyyətini, iqtisadi və nəqliyyat infrastrukturunun açılması məsələlərini, eləcə də ticarət və tranzit əlaqələrinin inkişafını müzakirə edib və birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər:
Bu cür dialoq və əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi Cənubi Qafqazın daha sabit və iqtisadi baxımdan əlaqəli regiona çevrilməsi üçün yeni imkanlar yarada bilər. Azərbaycan və Ermənistan arasında siyasi dialoqun davam etdirilməsi mühümdür".
Levan Nikoleişvili bildirib ki, Qarabağ müharibəsinin başa çatması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşması baxımından mühüm hadisə olub:
"Müharibənin başa çatması və sülhün bərqərar olması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır. Gürcüstan üçün iki qonşu ölkənin sabit vəziyyətdə olması çox vacibdir. Azərbaycan və Ermənistan arasında vəziyyətin sülh yolu ilə nizamlanması mühüm addımdır. Bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin, xüsusilə iqtisadi əlaqələrin inkişafı üçün yeni perspektivlər yaranır. Bu, həqiqətən də irəliyə doğru atılmış mühüm addımdır".
Analitik həmçinin qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin güclənməsi həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından region üçün əhəmiyyətlidir:
"Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması eyni zamanda regional rəqabətin xarakterinə də təsir göstərə bilər. Bütün Qafqazda müəyyən mənada rəqabətli mühit yaranır. Lakin bu, Gürcüstan üçün yalnız bazar məsələsi deyil. Gürcüstanın öz strateji coğrafi mövqeyi, Azərbaycanın və Ermənistanın isə öz mövqeləri var", deyə o vurğulayıb.
Levan Nikoleişvili Azərbaycan, Ermənistan və Gürcüstan arasında bərabərhüquqlu, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulmasının regional iqtisadi inkişaf üçün əhəmiyyətli olduğunu da söyləyib:
"Üç Cənubi Qafqaz ölkəsi arasında əməkdaşlığın genişlənməsi gələcəkdə regionun sülh və iqtisadi əməkdaşlıq modeli kimi formalaşmasına şərait yarada bilər. Qafqaz modeli sülh üçün nümunəyə çevrilə bilər. Bu, digər regionlara da sülh və sabitliyin, iqtisadi əməkdaşlığın nə qədər vacib olduğunu göstərə bilər",
Analitik onu da əlavə edib ki, regional əməkdaşlığın inkişafı Gürcüstanın Cənubi Qafqazdakı rolunun güclənməsinə və ölkənin balanslaşdırılmış siyasət yürütməsinə əlavə imkanlar yarada bilər:
"Bütün bunlar Gürcüstanın regionda ciddi rol oynamasına, balanslaşdırılmış siyasət aparmasına, sülh və sabitliyin qorunmasına şərait yarada bilər. Təbii ki, Azərbaycan və Ermənistan olmadan bunu təsəvvür etmək çox çətindir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













