İlqar Musayev: "Ölkənin informasiya təhlükəsizliyi yeni inkişaf mərhələsinə keçib"
Azərbaycanda informasiya təhlükəsizliyi və xüsusi rabitə sahəsi yeni inkişaf mərhələsinə keçib.
"Report" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bunu Xidmət rəisi İlqar Musayev Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə bildirib.
O, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxmasından və dövlət təhlükəsizliyinə daim xüsusi diqqət yetirməsindən bəhs edib. İ.Musayev, həmçinin peşə bayramının təsis olunmasının tarixi və əhəmiyyəti barədə məlumat verib.
Xidmət rəisi informasiya təhlükəsizliyi və xüsusi rabitə sahəsinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə qəbul edilən strateji qərarlar, təkmilləşdirilən normativ-hüquqi baza və maddi-texniki imkanların gücləndirilməsi bu sahənin yeni inkişaf mərhələsinə keçidinə şərait yaradıb. İ.Musayev son illərdə dövlət informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsində Xidmətin rolunun daha da genişləndiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları şəxsi heyətin diqqətinə çatdırılıb.
Bundan başqa, peşə bayramı münasibətilə XRİTDX-nin rəhbərliyi və şəxsi heyətinin iştirakı ilə silsilə tədbirlər keçirilib.
"Tədbirlər çərçivəsində Xidmətin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub", - məlumatda qeyd olunub.
Xidmətin şəxsi heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib və "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Eləcə də Xidməti vəzifələrini layiqincə yerinə yetirən və peşəkarlığı ilə fərqlənən hərbi qulluqçular medallar və fəxri fərmanlarla təltif olunublar.
Xatırladaq ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin 24 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradıldığı gün, 26 sentyabr 2012-ci il tarixi XRİTDX əməkdaşlarının peşə bayramı günü kimi təsis olunub.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













