Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib
Far.Az xəbər saytı

Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib


Süni intellekt çox sayda insanın ölümünə səbəb ola biləcək təhlükələr yaratmaq potensialına malikdir.

"Report"un məlumatına görə, "Microsoft"un təsisçisi Bill Qeyts bunu "NBC News"a müsahibəsində bildirib.

"Süni intellekt şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri təhrik etmək üçün kifayət qədər gücə malikdir", - Qeyts deyib.

Onun sözlərinə görə, belə ssenarinin ehtimalını qiymətləndirmək çətin olsa da, pis niyyətli insanların və müasir süni intellekt vasitələrinin birləşməsi görünməmiş risklər yaradır.

Sahibkar həmçinin diqqəti yalnız bəşəriyyət üçün uzunmüddətli təhdidlərə deyil, həm də süni intellektdən ciddi zərər vurmaq üçün istifadə olunma potensialına yönəltməyə çağırıb.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər