Corc Rassell: "Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı"
Far.Az xəbər saytı

Corc Rassell: "Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı"


"Mersedes" pilotu Corc Rassell Azərbaycan Qran-prisindəki qələbəsi haqqında fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, sürücü bu barədə yarışdan sonra açıqlama verib.

O, Qran-pri ilə bağlı danışıb:

"Hər yarışa qələbə üçün çıxıram. Bu gün məndə hər şey alındı. Son Qran-prilər mənim üçün uğursuz olmuşdu. Amma Bakıda yaxşı nəticə qazandım. Son dövrədə sarı bayraqlar gördüyüm üçün sürətimi bir qədər azaltmışdım".

Qeyd edək ki, "Formula" 1 üzrə Azərbaycan Qran-prisində Corc Rassell bütün rəqiblərini qabaqlayıb. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Oxşar xəbərlər

"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bəlli olub
"Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
"Formula 1": Maks Ferstappen liderliyini davam etdirir
"Formula 1": Rassell liderdir, Ferstappen ikinci pilləyə yüksəlib - YENİLƏNİR-4
Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər