Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ötən gecə Hörmüz boğazından rekord həcmdə neft daşınıb.
"Report" xəbər verir ki, Tramp bunu İllinoys ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlayıb.
Trampın sözlərinə görə, neftin həcmi ABŞ-nin İranla müharibəyə başlamasından əvvəlki göstəricilərdən yüksək olub. Bununla belə, Amerika lideri boğazdan tam olaraq nə qədər neftin daşındığını dəqiqləşdirməyib.
"Müharibə bitən kimi - bu isə yaxın vaxtlarda baş verəcək - neftin qiymətləri çökəcək və bütün qiymətlər aşağı düşəcək", - Tramp bildirib.
O əlavə edib ki, hazırda neftin qiyməti ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası dövründə olduğundan daha aşağıdır.
"Kpler"in məlumatına görə, son həftədə Hörmüzdən artıq 33,7 milyon barel neft daşınıb.
"Reuters" isə xəbər verir ki, çərşənbə günü iyulun əvvəlindən bəri boğazdan neft daşınmasının ən yüksək gündəlik həcmi qeydə alınıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
-
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır













