Anar Bağırov: Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır
Far.Az xəbər saytı

Anar Bağırov: Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır


Vəkillik müstəqilliyi hüququn aliliyinin əsas təminatıdır.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Polşa Milli Vəkillər Şurasının AEA-EAL-a üzvlüyünün 30 illiyi və Avropa Vəkillər Assosiasiyasının təsis edilməsinin 40 illiyi münasibətilə "Avropada və onun hüdudlarından kənarda hüquq peşəsində həmrəyliyin gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, "Vəkillik peşəsinin müstəqilliyinin təminatları" mövzusunda çıxış edərək vəkillik peşəsinin müstəqilliyinin hüququn aliliyinin, insan hüquqlarının və ədalətli məhkəmə araşdırmasının əsas təminatlarından biri olduğunu vurğulayıb.

A.Bağırov qeyd edib ki, vəkillər peşə fəaliyyətlərini hər hansı təzyiq və müdaxilədən azad şəkildə, yalnız qanunun və peşə etikası normalarının tələblərinə uyğun həyata keçirməlidirlər. Vəkilliyin müstəqilliyinin təmin olunmasında qanunvericilik təminatları, peşə özünüidarəetməsi və maliyyə müstəqilliyi mühüm rol oynayır.

VK sədri həmçinin bildirib ki, Azərbaycanda vəkillərin peşə fəaliyyətində qarşılaşdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla institusional dialoq davam etdirilir. Beynəlxalq təcrübə və peşəkar standartların öyrənilməsi də milli qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verir.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər