Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Xaçmaz rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alan doqquz şəxsin kimliyi məlum olub.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, Gəndov-Yalama avtomobil yolunun Çarxı kəndindən keçən hissəsində 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində Naxçıvan sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri; 1997-ci il təvəllüdlü S.İsmayılov, 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri; 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü, İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü, R.Məmmədova müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində doqquz nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
"Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verilib
Bakının 6 rayonunda və Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran, Xaçmaz rayonlarında suçəkmə işləri aparılır
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağsu, Göyçay, Zərdab və Kürdəmirdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb













